Fəzail Ağamalının namizəd olan qızı: “Salyan camaatının mənə olan etimadını…”

Fəzail Ağamalının namizəd olan qızı: “Salyan camaatının mənə olan etimadını…”
SİYASƏT
20:58 18.07.2024
290
Xəbər verdiyimiz kimi, "Ana Vətən" partiyasının sədri Fəzail Ağamalının qızı Günay Ağamalı bu il sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb.

Günay Ağamalının  65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olduğu bildirilib. 

Xatırladaq ki, atası, deputat Fəzail Ağamalı da uzun illər Salyanın deputatı olub. 

Günay Ağamalı Demokrat.az-a açıqlamasında Salyan camaatının ona olan etimadından danışıb. 

Gənc namizəd açıqlamasında "Salyan camaatının mənə olan etimadını yüksək qiymətləndirirəm. Bu etimada layiq olmağa çalışacam” deyib. 
OXŞAR XƏBƏRLƏR