FHN azyaşlını belə xilas etdi - Video

FHN azyaşlını belə xilas etdi - Video
SOSİAL
18:22 08.03.2026
541
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2016-cı il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR