FHN Bakıda atı ölümdən qurtardı

FHN Bakıda atı ölümdən qurtardı
16:00 28.02.2013
1012
Bakıda xilasedicilər atı xilas etmək üçün əməliyyat keçirib. Fövqəladə Hallar Nazirliyinin 112 Xidmətinə Suraxanı rayonu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsində köməyə ehtiyacı olan heyvan faktorunun olması barədə məlumat daxil olub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, at eni 1,5 metr, uzunu 3 metr və dərinliyi 2 metr olan gölməçəyə düşüb və köməksiz vəziyyətdə qalıb. Kənd sakinləri tərəfindən atın çıxarılması mümkün olmadığından köməklik məqsədi ilə onlar 112 xidmətinə müraciət ediblər.
OXŞAR XƏBƏRLƏR