Krımda avtobusla yük avtomobili toqquşub, 6 nəfər ölüb

Krımda avtobusla yük avtomobili toqquşub, 6 nəfər ölüb
DÜNYA
10:41 24.03.2025
383
Ukraynanın Rusiya tərəfindən ilhaq olunmuş Krım bölgəsində avtobusun yük avtomobili ilə toqquşması nəticəsində altı nəfər ölüb.

Bu barədə regionun Səhiyyə Nazirliyindən TASS-a bildirilib.

Məlumata görə, yol qəzasında 19 nəfər yaralanıb, onlardan altısı ölüb.

Zərərçəkənlər arasında bir azyaşlı da var.

Araşdırma aparılır.
 
///APA
OXŞAR XƏBƏRLƏR