FHN “Caspian Plaza”dakı yanğınla bağlı məlumat yaydı

FHN “Caspian Plaza”dakı yanğınla bağlı məlumat yaydı
SOSİAL
14:40 31.07.2018
5946
Fövqəladə Hallar Nazirliyi "Caspian Plaza” biznes mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

AZXEBER.COM-un FHN-ə istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Caspian Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində 30 qoruyucu açar və 8 poqonometr elektrik naqilləri yanıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Alov yanğın bölmələri çatana kimi söndürülüb.

OXŞAR XƏBƏRLƏR