FHN əməkdaşı iş yoldaşını güllələdi

FHN əməkdaşı iş yoldaşını güllələdi
SOSİAL
16:47 10.06.2024
1192
Gəncədə baş verən qəzanın təfərrüatları məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, "VAZ-2106" markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib. Mübahisədən sonra bir digərini odlu silahla vurub. 1998-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.


Nəticədə minik maşını yoldan çıxaraq ağaclığa düşüb.

15:06

Gəncədə minik maşını aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Avtovağzal adlanan ərazidə qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadaları cəlb olunub.
OXŞAR XƏBƏRLƏR