FHN Heydər Əliyevin 90 illiyinə həsr olunmuş dəyirmi masa keçirdi

FHN Heydər Əliyevin 90 illiyinə həsr olunmuş dəyirmi masa keçirdi
SİYASƏT
13:42 26.04.2013
2619
Bakıda Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.Əvvəlcə H. Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Sonra tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə H. Əliyevin həyat yolundan danışıb. H. Əliyevin sayəsində Azərbaycanın böyük sənaye respublikasına çevrildiyini qeyd edən F. Tağızadə onun Azərbaycanı müstəqillik əldə etdiyi dövrdə vətəndaş qarşıdurmasından, müstəqilliyini itirilmə təhlükəsindən xilas etdiyini vurğulayıb.

““Əsrin müqaviləsi”nin imzalanması ilə isə ölkənin inkişafında yeni dövr başlayıb”, - deyə nazir müavini bildirib.

F. Tağızadə H. Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, mülki müdafiə sahəsində də mühüm işlər görüldüyünü xatırladıb.

H. Əliyevin fövqəladə hallar orqanlarının formalaşmasında rolundan danışan FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev qeyd edib ki, onun bilavasitə tapşırıq və göstərişləri əsasında ölkəyə müasir xilasetmə avadanlıqları gətirilib, bu sahədə mühüm baza formalaşdırılıb: “Heydər Əliyev milli kadrların hazırlanması və rəhbər vəzifələrə təyin olunması istiqamətində cəsarətli addımlar atıb. SSRİ-nin müxtəlif yanğınsöndürmə mərkəzlərində Azərbaycandan 300-dən artıq mütəxəssis təhsil alıb. Onun Azərbaycanda hakimiyyətə ikinci dəfə dönüşündən sonra FHN-in yaradılması üçün hüquqi baza yaradılıb, eyni zamanda «Mülki müdafiə haqqında» qanun qəbul edilib. Məhz Heydər Əliyevin tapşırığı ilə Azərbaycan xilasediciləri ilk dəfə olaraq Türkiyəyə xilasetmə əməliyyatına göndərilib”.

Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışında Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: «Zaman keçdikcə görürük ki Azərbaycan xalqının Heydər Əliyevə sevgisi nə qədərdir. Heydər Əliyev yeganə şəxsiyyətdir ki, istənilən zaman vəzifəsindən asılı olmayaraq xalqına xidmət edib”.

S. Novruzov FHN-in H. Əliyevin ideyaları əsasında qurulduğunu qeyd edib, qonşu ölkələrdə və ölkədə baş verən fövqəladə halların nəticələrinin operativ şəkildə aradan qaldırıldığını diqqətə çatdırıb: “Ölkədə təbii fəlakət baş verən ərazilərdə köhnə evlərin yerində yeni, müasir evlər tikilib insanlara verilir. Halbuki bunu dövlət etməli deyil, qanunu tərəfdən götürsək, ev sahibləri vaxtında mülklərini sığorta etməlidirlər. Amma dövlət vətəndaşların bu qayğısını üzərinə götürür, fövqəladə hallar nəticəsində zərər çəkmiş insanlara yeni və gözəl evlər tikib verir”.

Deputat FHN-in Akademiyasının da müasir standartlara cavab verdiyini bildirib: “Mən Pentaqonda da olmuşam, amma FHN akademiyasındakı yenilikləri orada belə görməmişəm. İndi hamı FHN-in Akademiyasına daxil olub, orada oxumaq istəyir”.

Deputatlar Aytən Mustafayeva və Elmira Axundova da Heydər Əliyev fenomeni haqqında fikirlərini bölüşüblər.

OXŞAR XƏBƏRLƏR