FHN-nin keçmiş əməkdaşının güllələnmiş meyiti tapıldı

FHN-nin keçmiş əməkdaşının güllələnmiş meyiti tapıldı
SOSİAL
12:09 20.08.2024
942
Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.

Ramik Əhmədov hadisədən bir müddət əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.

Faktla bağlı cinayət işi açılıb, polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

***

FHN-dən verilən məlumata görə, 1981-ci il təvəllüdlü Əhmədov Ramiq Radik oğlu əvvəllər Fövqəladə Hallar Nazirliyində çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub.
OXŞAR XƏBƏRLƏR