FHN-in qurumları arasında mini-futbol turniri başa çatdı - VİDEO

FHN-in qurumları arasında mini-futbol turniri başa çatdı - VİDEO
SOSİAL
22:07 02.05.2017
1397

Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları arasında mini-futbol üzrə turnirin final görüşü keçirilib. 

APA TV-nin xəbərinə görə, ötən il turnirdə 3-cü yer tutan Xüsusi Riskli Xilasetmə Xidmətinin futzalçıları bu dəfə finala qədər gəlib çıxa bilmişdilər. Onların rəqibi nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin futzalçıları idi.

Gərgin keçən oyunu beynəlxalq dərəcəli hakim Elçin Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edirdi.  Birinci hissədə Maddi-Texniki Təchizat İdarəsinin futzalçıları əllərinə düşən imkanları sağa-sola xərcləməklə diqqət mərkəzinə düşmüşdülər. Bir çox epizodda isə onların rəqibini qapı dirəyi xilas etdi.

İkinci hissədə ilk qol təchizatçılardan gəldi.

Hər iki komanda meydanın bütün hissəsində top uğrunda mübarizə aparırdı. Arada hakimə etirazlar da müşahidə olunurdu.

İkinci hissənin ilk dəqiqələrində tərəflər qolları sıralamaqla hesabı dəyişdilər. Oyunun sonuna 1 dəqiqə qalmış  Xüsusi Riskli Xilasetmə Xidmətinin futzalçılarını məğlubiyyətdən bu qol qurtardı - 3:3.

Bu qol oyunu əlavə vaxta və 11 metrlik cərimə zərbələrinə yetirməyə daşıdı. Cərimə zərbələrində daha dəqiq olan "xüsusi risklilər" turnirin qalibi adına layiq görüldülər. 

 


 

OXŞAR XƏBƏRLƏR