Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.