FHN polisin öldüyü qəza ilə bağlı məlumat yaydı

FHN polisin öldüyü qəza ilə bağlı məlumat yaydı
SOSİAL
13:59 16.08.2020
23394
Fövqəladə Hallar Nazirliyi (FHN) Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə dair məlumat yayıb.

AZXEBER.COM FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində "Mercedes” markalı minik avtomobili və "NEW Holland TC-5050” markalı kombayn toqquşub.

Gəncə Regional Mərkəzinin hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, qəzada ölən E.Çağırqanov Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşıdır.
OXŞAR XƏBƏRLƏR