FHN Qəbələdəki yanğınla bağlı məlumat yaydı

FHN Qəbələdəki yanğınla bağlı məlumat yaydı
SOSİAL
14:15 08.10.2018
3984
Qəbələ rayonunda ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli altıotaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə nəticəsində ev 168 kvadratmetr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı Suriya vətəndaşı, 1995-ci il təvəllüdlü Alhamidi Arvanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Həmçinin müxtəlif yanıq xəsarətləri almış altı nəfər Suriya vətəndaşı xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR