FHN Şəkidəki ağır qəza ilə bağlı məlumat yaydı

FHN Şəkidəki ağır qəza ilə bağlı məlumat yaydı
SOSİAL
12:27 20.03.2018
2987

Fövqəladə Hallar Nazirliyi martın 19-da Şəkidə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəki şəhəri, Aşağı Küngüt kəndində "VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR