FHN: Ötən həftə 672 yanğına çıxış olub, 58 nəfər xilas edilib - VİDEO

FHN: Ötən həftə 672 yanğına çıxış olub, 58 nəfər xilas edilib - VİDEO
SOSİAL
10:01 01.09.2025
216
Ötən həftə ərzində 672 yanğına çıxış olub, 5 nəfərin meyiti aşkarlanıb.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 672 yanğına çıxış, 37 halda köməksiz vəziyyətdə qalma, 4 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 58 nəfər xilas edilib, 4 nəfər xəsarət alıb, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR