FİATA Dünya Konqresi keçirildi - FOTOLAR

FİATA Dünya Konqresi keçirildi - FOTOLAR
İQTİSADİYYAT
13:55 09.10.2023
703
3-6 oktyabr tarixlərində Belçikanın paytaxtı Brüsel şəhərində FİATA (Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyası) nın "Logistikanın dəyişən iqlimi” sloqanı ilə növbəti FİATA Dünya Konqresi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, 70 ə yaxın ölkədən 500 dən çox iştirakçının və 60 dan çox bu sahədə ixtisaslaşmış beynəlxalq ekspert-çıxışçının iştirak etdiyi konqresdə Azərbaycanı Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası, eləcə də ölkənin nəqliyyat-logistika sahəsində kadr hazırlığı üzrə ilk özəl təlim-tədris mərkəzi olan Aztugem MMC təmsil etmişdir. 

Aztugem Təlim-Tədris müəssisəsinin rəhbəri, eyni zamanda beynəlxalq təşkilat olan WILAT (Women In Logistics And Transport) ın Azərbaycan üzrə əlaqələndirici məsul şəxsi təyin olunmuş Lamiyə Xəlilova konqres çərçivəsində bir çox assosasiya nümayəndələri və ekspertlərlə, eləcə də FİATA Prezidenti cənab İvan Petrov, həmçinin Ərəb Körfəzinin Baş Milli Ekspeditorlar Assosiasiyası sədri, eyni zamanda da WILAT Global ın vitse-prezidenti xanım Nadia Abdul Aziz ilə görüşlər keçirmiş, görüşlər çərçivəsində təcrübə mübadiləsi, kadr hazırlığı, təlim-tədris, qadınların nəqliyyat-logistikada mövqeyinin artırılması üzrə fikir mübadilələri aparmışdır. 

3 gün davam edən FİATA Dünya Konqresi Proqramı "Logistika və nəqliyyat sahəsində yeni rəqəmsallaşma (digitalizasiya) həlləri”, "Yaşıl Logistikanın gələcəyi”, "Nəqliyyat və Logistika sahəsində risklərin idarə edilməsinin optimallaşdırma mənbələri”, "Nəqliyyat və Logistika üzrə peşə təhsilinin təşviqi”  kimi  panel mövzuları üzrə ekspertlərin təqdimatları, fikir mübadilələri və müzakirələrlə davam etmişdir. 

Qeyd edək ki, 1926 – cı ildən fəaliyyət göstərən və mərkəz ofisi Cenevrə, İsveçrədə yerləşən Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyası (FİATA) hal-hazırda 150-dən çox ölkədən olan 109 Ekspeditorlar Assosiasiyalarını, eləcə də 5500 dən çox fərdi üzvi və 40 000 dən çox  Nəqliyyat və Ekspeditor şirkətlərini birləşdirir. 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir