Kuba inqilabının lideri Fidel Kastronun böyük oğlu dünən intihar edib.
Bu barədə Kubanın "Granma" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, o, xeyli müddət ağır depressiya səbəbindən həkimlərin müşahidəsi altındaymış. Lakin həkimlər onu bu vəziyyətdən çıxara bilməyiblər.
Elmlər namizədi olan Fidel Anhel Kastro Dias-Balart fevralın 1-də özünə qəsd edib.
O, intihardan etməzdən əvvəl məktub yazıb.
68 yaşlı Fidel Anxel Kastro Kuba Dövlət Şurasının elmi məsələlər üzrə müşaviri və Kuba Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışıb.