FİFA prezidenti Canni İnfantino Fələstin Futbol Federasiyasının İsrailə futboldan qadağa qoyulması tələbini nəzərdən keçirmək üçün müstəqil hüquqi məsləhət alacağını bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Futbol Federasiyası (PFA) üzvü olduğu Asiya Futbol Konfederasiyasının dəstəyi ilə Taylandın paytaxtı Banqkokda keçirilən FİFA-nın 74-cü Konqresində İsrailin futboldan uzaqlaşdırılmasını tələb edib.
PFA prezidenti Cibril Racub konqresdəki çıxışında İsrailin FİFA qaydalarını pozduğunu bildirib və bu ölkənin üzvlüyünün "dərhal" dayandırılmasını tələb edib.
Konqresdə səsvermə çağırışlarını rədd edən FİFA prezidenti məsələ ilə qərar qəbul edən qurum olan FİFA Şurası məşğul olmalıdır deyə bildirb.
Dünya və Avropa futbolunun çətir təşkilatları olan FİFA və UEFA iki il əvvəl Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra hökumətlərinin hərəkətlərinə görə üzv ölkələrə qarşı daha əvvəl tədbir görmüş və Rusiya komandalarını yarışlara qadağa qoymuşdular.