FIFA Fransadakı məşhur stadionu almaq istəyir

İDMAN
19:49 02.03.2023
332
FIFA 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra "Stad de Frans" stadionunun alınması ilə bağlı tenderdə iştirak edəcək.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, ali futbol qurumunun prezidenti Canni İnfantino fevralın 15-də ölkə prezidenti Emmanuel Makronla məsələni müzakirə edib.

Bildirilib ki, təcavüz qalmaqalından sonra istefa vermiş Fransa Futbol Federasiyasının sabiq prezidenti Noel Le Qrey FIFA-ya ölkə hakimiyyəti ilə danışıqlarda köməklik göstərəcək.

Qeyd edək ki, 1998-ci ildə istifadəyə verilmiş "Stad de Frans"ın dəyəri 600 milyon avro olaraq qiymətləndirilir. Arena 2024-cü ildə olimpiadada istifadə ediləcək.
OXŞAR XƏBƏRLƏR