FİFA: Hicabla da futbol oynaya biləcəksiniz

İDMAN
21:51 04.03.2012
1427
Dünyanın ən məşhur idman növünü tarixi dəyişikliklər gözləyir. Belə ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası əsas qaydalara əlavələr etmək niyyətindədir. Bu dəyişikliklərə görə, futbol oynayan müsəlman qızlara hicabla oyuna çıxmağa icazə veriləcək. Buna qədər isə böyük futbolda baş örtüklərinə qadağa var idi. İdman fəallarının fikrincə, onlar oyun zamanı qadınların sağlamlığı üçün təhlükəli ola bilər. Alternativ qismində isə futbol oynayan zərif cinsin nümayəndələrinə xüsusi papaqlar geyinmək təklif olunurdu. Lakin bu ideya özünə dəstək qazana bilmədi. FİFA İranın qadınlardan ibarət futbol üzrə millisinə İordaniya millisinə qarşı seçmə turda iştirak etmək haqqını verməkdən imtina etdikdə hicab hətta beynəlxalq qalmaqala da səbəb olmuşdu.

OXŞAR XƏBƏRLƏR