FİFA ilin ən yaxşısı olmağa namizədləri açıqladı - SİYAHI

FİFA ilin ən yaxşısı olmağa namizədləri açıqladı - SİYAHI
İDMAN
20:24 03.09.2018
4773

FIFA ilin ən yaxşı futbolçusu, baş məşqçisi və qapıçısı adına son namizədləri açıqlayıb.

"Real”ın yarımüdafiəçisi Luka Modriç, "Yuventus"da çıxış edən Kriştiano Ronaldo və "Liverpul”un hücumçusu Məhəmməd Salah ən yaxşı adına namizəddirlər.

Argentina millisinin və "Barselona”nın hücumçusu Lionel Messi isə namizədlər siyahısında yer almayıb.

 

Ən yaxşı baş məşqçi: Zlatko Daliç (Xorvatiya), Didye Deşam (Fransa), Zinəddin Zidan ("Real”)

Ən yaxşı qapıçı: Tibo Kurtua ("Çelsi”, "Real” / Belçika), Uqo Lloris ("Tottenhem” / Fransa), Kasper Şmeyxel ("Lester Siti” / Danimarka)

Ən yaxşı futbolçu: Luka Modriç ("Real” / Xorvatiya), Kriştiano Ronaldo ("Real”, "Yuventus” / Portuqaliya), Məhəmməd Salah ("Liverpul” / Misir).

Qeyd edək ki, mükafat sentyabrın 24-də İngiltərənin paytaxtı Londonda təqdim ediləcək.

OXŞAR XƏBƏRLƏR