FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək

FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
İDMAN
04:47 06.03.2025
279
FIFA Şurası (37 üzvdən ibarət) klublararası dünya çempionatı üçün mükafat fondunu təsdiqləyib.

Bu barədə "L'Equipe” məlumat yayıb.

Təşkilat turnirdən əldə olunan gəlirlərin 100 %-ni – təxminən 930 milyon avro – klublara ödəmə olaraq verəcək. Bundan başqa, əlavə gəlirlərin bir hissəsi əvvəlki həmrəylik mexanizminə əsasən turnirə qatılmayan klublar arasında paylanacaq.

Nəşrin məlumatına görə, FIFA turnirdən ümumi gəlirləri 2 milyard dollar (təxminən 1.86 milyard avro) səviyyəsində proqnozlaşdırır, bunun yarısı yayım gəlirlərindən, digər yarısı isə kommersiya müqavilələrindən gələcək. Lakin bu məbləğdən təşkilatçılıq xərcləri çıxılacaq: bu, ümumi mənfəətin yarısına yaxındır.

"FIFA vəsaitin bölüşdürülməsi ilə bağlı danışıqları başa çatdırmaq üzrədir. Bu prosesdə üç tərəf iştirak edir: Avropa klublar, qeyri-Avropa klubları və turnirdə iştirak etməyən klublar”, – "L'Equipe” yazıb.

Avropa klubları, çox güman ki, mükafat fondundan daha böyük pay alacaqlar. Son şayiələrə görə, ümumi məbləğin 15 %-i turnirdə iştirak etməyən klublara ayrılacaq. Bundan sonra FIFA hər bir klubun nə qədər pul qazanacağını müəyyən edəcək, bu isə iki faktordan asılı olacaq: iştirak üçün müəyyən edilmiş sabit mükafat (Avropa və qeyri-Avropa komandaları üçün fərqli olacaq) və idman nəticələrinə görə bonus.

PSJ-ni misal çəkən "L'Equipe” Paris təmsilçisinin turnirdə qələbə qazanmasının kluba 100 milyon avrodan çox qazanc gətirə biləcəyini bildirib. "Bu, Çempionlar Liqasından qazanılan mükafatdan da çoxdur”, – nəşr vurğulayıb. PSJ-nin minimal mükafatı isə 30 milyon avro olacaq, buna yerində aparılan kommersiya əməliyyatlarından gələn əlavə gəlirlər daxil deyil.

Mükafatların bölüşdürülməsi ilə bağlı son detallar hələlik təsdiqlənməyib.
 
///report
OXŞAR XƏBƏRLƏR