FİFA prezidenti: ''Azərbaycan qeyri-adi ölkədir''

İDMAN
13:50 02.10.2012
1384
2018-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək şərəfinə layiq görüləcək şəhərlərin və stadionların adlarını elan etmək məqsədilə Moskvada səfərdə olan FİFA-nın prezidenti Yozef Blatter İTAR-TASS agentliyi baş direktorunun birinci müavini və şef-redaktoru Mixail Qusmana məxsusi müsahibə vermişdir. Müsahibədə Azərbaycan futbolu ilə bağlı vurğulanmış məqamları diqqətinizə çatdırırıq:"Düz bir həftə bundan əvvəl Azərbaycandan gəlmişəm. Biz orada 17 yaşa qədər qızlar arasında dünya kuboku keçirirdik. Bu, yeni mədəni mühitdə yarışlar keçirilməsi ideyasının reallaşdırılmasına gözəl nümunədir. Orada milli stadionun qarşısında bir abidə ucaldılmışdır. Bu, futbol hakiminin şərəfinə ucaldılmış yeganə abidədir. Həmin hakim Tofiq Bəhramovdur.

OXŞAR XƏBƏRLƏR