FIFA AFFA-nın Məşqçilər Komitəsinin üzvü, müxtəlif komandalarda məşqçi və baş məşqçi vəzifəsində çalışmış Böyükağa Hacıyevin vəfatı ilə əlaqədar AFFA-ya məktub göndərib.
AZXEBER.COM xəbər verir ki, FIFA-nın prezidenti Canni İnfantino məktubda başsağlığı verib.
Qeyd edək ki, Böyükağa Hacıyev martın 16-da xəstəxanada dünyasını dəyişib.