Joao Avelanj rüşvət qalmaqalında ittiham edilir.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Avelanj FİFA prezidenti postunu 1996-cı ildə adının milyonlarla rüşvət qalmaqalında hallandığına görə tərk edib. İdman məmurunun gedişini rəsmi olaraq qurumun etik qaydalarını pozması ilə əlaqələndirirlər.FİFA-nın intizam komitəsi Avelanjı fəxri prezident postundan bu ilin 18 aprelində istefaya göndərib. Ali futbol qurumu onun keçmiş kürəkəni Rikardo Teyşeyrdən külli miqdarda rüşvət almasından şübhələnir. Məhz rüşvət aldığına görə, 1998-ci il dünya çempionatının yayım hüququnu ISL şirkətinə həvalə etdiyi güman edilir.FİFA-da rüşvət qalmaqalına görə, qurumun bir sıra vəzifəli şəxsləri də ittiham olunurlar. Onların arasında Afrika Futbol Konfederasiyasının rəhbəri İssa Xayata və Cənubi Amerika Futbol Konfederasiyasının keçmiş prezidenti Nikolas Leos və başqalarının da adı var. Hələ ki, qurumun özündə daxili təhqiqat aprılır və hüquq mühafizə orqanları rəsmi şəkildə heç kimi ittiham irəli sürməyiblər.