FİFA prezidenti Canni İnfantino Ukraynada bir aylıq atəşkəs elan edilməsinə çağırış edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın Bali adasında davam edən G20 Liderlər Zirvəsində FİFA prezidenti Canni İnfantino Qətərdə keçiriləcək dünya çempionatı zamanı Ukraynada bir aylıq atəşkəs elan edilməsinə çağırıb.
Futbolun dünyanı birləşdirdiyini vurğulayan FİFA prezidenti "Hamınızdan xahiş edirəm ki, dünya çempionatı zamanı bir ay müddətində müvəqqəti atəşkəs barədə düşünəsiniz. Siz dünya liderlərisiniz, tarixin gedişatına təsir etmək qabiliyyətiniz var. Futbol və dünya kubokları sizə və dünyaya unikal birlik platforması təklif edir. Beləliklə, münaqişələrə son qoymağa başlayın", - deyə çağırış edib.
Ayşən