FİFA Krım Futbol Federasiyasının Rusiya Futbol İttifaqına birləşmə təklifini rədd edib.ANS PRESS-in məlumatına görə, dünya futbol qurumu RFİ-ya yolladığı rəsmi məktubda Krım klublarının Rusiya çempionatına qəbul edilməsi ilə bağlı rəsmi mövqeyini açıqlayıb. Beynəlxalq futbol federasiyasının rəsmi mövqeyini FİFA-nın baş katibi Jerom Valke Rusiya Futbol İttifaqına çatdırıb.FİFA beynəlxalq hüquqda Ukrayna ərazisi sayılan Krımın klublarının Rusiya çempionatında iştirakına icazə verməyib.Baş katib Jerom Valkenin Krım və Sevastopol regional futbol federasiyalarının, eləcə də Krım klublarının Rusiya Futbol Federasiyasına qəbul edilməsi ilə bağlı məktubunda FİFA-nın buna icazə vermədiyini açıqlayıb: “FİFA Nizamnaməsinin 84-cü maddəsini nəzərə alaraq bildiririk ki, hüquqi faktiki vəziyyət aydınlaşmadan və müvafiq icazə alınmadan assosiasiyaların, liqaların və ya klubların FİFA üzvü olan ölkəyə birləşməsinə razılıq vermək məsələsinə baxa bilmərik”.FİFA Nizamnaməsinin 84-cü maddəsinə uyğun olaraq, assosiasiyalar, liqalar və ya klublar ancaq istisna hallarda FİFA üzvü olan digər ölkəyə birləşə və ya digər ölkənin ərazisində keçirilən yarışlarda iştirak edə bilərlər. Hər bir halda bu məsələ hər iki ölkənin futbol assosiasiyalarının, UEFA və FİFA-nın razılığını tələb edir.Bir müddət öncə RFİ-nın prezident Nikolay Tolstıx Krım və Sevastopol futbol federasiyalarının yeni yaranmış hüquqi şəxslər kimi təşkilatın tərkibinə girmək niyyətində olduğunu bildirmişdi.Bundan başqa, Tolstıx 5 Krım komandasının - "Jemçujina-Yalta", SK ÇF, "Skif", "Okean" və "Axtiar" Rusiya peşəkar liqalarında oynamaq arzusunda olduğunu demişdi.