Türkiyənin "Antalyaspor" və "Fatih Karagümrük" klublarına transfer qadağası tətbiq edilib.
"Ajansspor" nəşri xəbər verir ki, FIFA hər iki klubun transfer fəaliyyətini üç transfer pəncərəsi müddətinə məhdudlaşdırıb.
Klublar mübahisəli məsələləri həll edənədək yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcəklər.
Qeyd edək ki, problemlər aradan qaldırılarsa, qadağanın ləğvi mümkündür.
///oxu.az///











































