FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto

FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto
İDMAN
11:54 20.10.2026
152
Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 dünya çempionatı və festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar.

AZXEBER.COM xəbər verir ki, festivalda iştirak edəcək ilk kollektiv artıq Azərbaycandadır.

Nikaraqua milli komandası Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb. Bununla da turnirin təşkilati və qarşılama mərhələsinə rəsmən start verilib.

Oktyabrın 22-dən 30-dək davam edəcək FIFA U-15 dünya çempionatı və festivalında 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Dünyanın müxtəlif yerlərindən gənc futbolçuları bir araya gətirəcək turnirin yüksək standartlara uyğun təşkili üçün bütün hazırlıq işləri tamamlanıb.

 

 

 

 




OXŞAR XƏBƏRLƏR