Fikrət Sadıxov: “ATƏT-in Minsk Qrupunun köməyinə ehtiyacımız yoxdur”

Fikrət Sadıxov: “ATƏT-in Minsk Qrupunun köməyinə ehtiyacımız yoxdur”
SİYASƏT
13:51 15.04.2021
491
"Kiminsə bizim torpaqlarımıza göz dikməsi, eyni zamanda bizi revanşist adlandırması və erməniləri tamamilə məhv etmək mövqeyində olduğumuza dair günahlandırması ən azından reallığı görməməkdir”.

Bunu Pravda.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
 
Politoloq bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sonuncu səhifəsi çoxdan oxunulub.
 
Onun fikrincə, belə sərsəm bəyanatlar, doğrudan da, Paşinyanın psixi stabilliyinin olmaması ilə əlaqədardır: "Bildiyimiz kimi, Nikol Paşinyan parlament iclaslarında xüsusilə müharibədən əvvəl və müharibə dövründə yaranmış vəziyyətlə bağlı bir sıra sərsəm bəyanatlar verib. Təsadüfi deyil ki, Ermənistanın birinci prezidenti Ter-Petrosyan Paşinyanın psixi durumunun normal olmadığını bildirib. Çünki bütün bunlar faktiki olaraq onun göstəricisidir. Dağlıq Qarabağ heç vaxt Ermənistana məxsus olmayıb. Azərbaycanın əzəli torpaqlarıdır, Azərbaycan öz gücü və qüdrəti ilə bu torpaqları işğaldan azad edib. İndi artıq nə Paşinyan, nə Ermənistanın keçmiş ya gələcək rəhbərləri heç vaxt Qarabağın Ermənistanda olmasını görə bilməzlər. Çünki Azərbaycan buna imkan verməz”.

ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də münasibət bildirən F.Sadıxovun sözlərinə görə, Qrup üzvləri anlayırlar ki, "offsite” vəziyyətinə düşüblər, yəni kənarlaşdırılıblar.
 
Politoloq əlavə edib ki, Azərbaycan 30 il gözləmə mövqeyindən sonra heç kəsin köməyi olmadan özü bu məsələni həll edib: "Başa ATƏT-in Minsk Qrupu funksiyalarını yerinə yetirməyib. İndi özlərinə hansısa dayaq nöqtəsi axtarmağa çalışırlar: müəyyən bəyanatlarla çıxış edirlər, müxtəlif təkliflər irəli sürürlər və s. Lakin bizim Minsk Qrupunun burda olmasına və onların köməyinə ehtiyacımız yoxdur. Əgər onlar, həqiqətən də, regionda stabillik və təhlükəsizliyin qorunmasını istəyirlərsə, o zaman Ermənistana müəyyən təzyiq göstərsinlər. Ermənistanı ağla gətirsinlər ki, belə sərsəm bəyanatlar verməsin və birdəfəlik ərazi iddiasından əl çəksin. Başa düşsünlər ki, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan bir sıra maddələri yerinə yetirməlidir. Təkrar edirəm, Minsk Qrupu bu istiqamətdə nəsə bir iş görmək istəyirsə, görsün, bizim etirazımız yoxdur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
20:52 10.10.2026
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
Yer kürəsində maqnit fırtınası başladı
20:46 10.10.2026
Yer kürəsində maqnit fırtınası başladı
İsrail ordusu Qəzzada “İslami Cihad”ın komandirini öldürdüyünü açıqlayıb
20:39 10.10.2026
İsrail ordusu Qəzzada “İslami Cihad”ın komandirini öldürdüyünü açıqlayıb
Varşavada məktəbdə bıçaqlanma olub, üç nəfər xəsarət alıb
20:33 10.10.2026
Varşavada məktəbdə bıçaqlanma olub, üç nəfər xəsarət alıb
"Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı
20:24 10.10.2026
"Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı
Goranboyda qəza olub, xəsarət alanlar var
20:12 10.10.2026
Goranboyda qəza olub, xəsarət alanlar var
Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etdilər
20:06 10.10.2026
Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etdilər
ABŞ-də atışma: ölənlər var
19:56 10.10.2026
ABŞ-də atışma: ölənlər var
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
19:42 10.10.2026
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
19:34 10.10.2026
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb
19:06 10.10.2026
Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib