“Qarabağ”ın baş məşqçisi yenilgiyə şərh verib
“Bizim üçün ağır oyun oldu”. Apasport.az-ın xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam təmsilçisi Topaz Premyer Liqasının V turunda AZAL-a məğlub oldu – 0:1. Oyundan sonra təşkil olunan mətbuat konfransında Qurbanov yenilgiyə belə şərh verib: “Avroliqa ilə vidalaşsaq da, fikrimiz hələ də ordadır. Oyunçularıma heç nə demirəm, nə lazımdırsa, etdilər. Qol imkanlarımız da oldu, lakin top qapıdan keçmədi. 9 saat yolda olduqdan sonra oyuna çıxmaq bizə çətin oldu. AZAL da bu gün yaxşı oynadı”