Fil maşını belə aşırdı - VİDEO

DÜNYA
14:15 15.01.2014
1829
30 yaşlı Sara Brukun maşından fili çəkmək istəyi faciə ilə nəticələnib. Fil qəfildən maşında oturan turistləri – Saranı və nişanlısını görüb onlara hücum edib. Azğın heyvan maşını sürüyüb və çevirib.
Publika.Az xarici mətbuata istinadən xəbər verir ki, filin diş sümüyü qadının ombasını əzib.
Xoşbəxtlikdən digər sərnişin zədə almayıb, amma Cənubi Afrikaya nişanlanmasını qeyd etmək üçün gedən Sara bir neçə gününü xəstəxanada keçirtməlidi. Milli parkın işçiləri sonradan azğın fili güllələyiblər. Erkək filin aqressivliyinə səbəb onda testosteron hormonun normadan 60 dəfə artıq olması olub. Park işçiləri filin həm də zədə aldığını və buna görə qəzəbli oduğunu deyiblər.
Afrika erkək filinin çəkisi 6 tona qədər olur.
 

OXŞAR XƏBƏRLƏR