Bir müddətdir Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gecə klubuna çevrilməsi ilə bağlı görüntülərin ardı-arası kəsilmir.
Belə ki, yayılan görüntülərdə yarıçılpaq qızların "twerk" oynaması Filarmoniyanın ərazisində yerləşən restoranın fəaliyyətinin dayandırmamasından xəbər verir.
Azərbaycanın mədəniyyət ocaqlarından birinin belə bir vəziyyətdə olması isə ictimaiyyət tərəfindən böyük təəssüf hissi və hiddətlə qarşılanır.
Ətraflı
Mədəniyyət Nazirliyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində əyləncə mərkəzinin fəaliyyət göstərməsinə münasibət bildirib.
Nazirlikdən verilən məlumata əsasən, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən "UFFO" restoranında çəkilmiş videokadrlar mətbuatda geniş əks-səda doğurub.