Ferdinand Markos Jr. Filippinin yaxın 45 gün ərzində kifayət qədər neft məhsulları ilə təmin olunacağını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Markos bildirib ki, 20 mart tarixinə olan vəziyyətə əsasən ölkədə təxminən 45 günlük yanacaq ehtiyatı mövcuddur. Bundan əlavə, ehtiyat məqsədilə əlavə 1 milyon barel neft təmin edilib.
Prezident qeyd edib ki, bu müddət ərzində yanacaqla bağlı hər hansı problem gözlənilmir və sonrakı dövrdə də yeni yüklərin ölkəyə çatdırılması davam edəcək.
O vurğulayıb ki, neft tədarükü təkcə ənənəvi mənbələrdən deyil, həm də Yaxın Şərqdə davam edən münaqişədən təsirlənməyən alternativ istiqamətlərdən təmin olunur.
Gülay









































