Filippində atəşfəşanlıq anbarında partlayış baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
Hadisədən sonra bütün partlayıcı maddələrinin hamısının məhv edilməsi qərara alınıb.
Lakin bu qərar həyata keçmədən yeni bir fəlakət baş verib.
Dəniz sahilinə yaxın yerə daşınarkən partlayıcı maddə yenidən partlayıb.
Növbəti partlayışda 27 nəfər yaralanıb.
Nəzrin