Filippində daşqın səbəbilə 50 nəfər ölüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Filippində ölkənin şərqindəki Camarines Sur şəhərində Nalgae fırtınası səbəbiylə müxtəlif bölgələrdə ölənlərin sayı 50-yə yüksəlib.
Nəqliyyat xidmətlərinin qadağan edildiyi ölkədə 700-dən çox ev daşqın və sürüşmə nəticəsində zərər görüb, 168 mindən çox insan təxliyə edilib.
Filippin prezidenti Ferdinand Markos, televiziya kanallarında yayımlanan çıxışında itkilərdən kədərləndiyini ifadə edib:
"Daha yaxşısını etməliydik. Suyun həcminin bu qədər böyük olacağını təxmin edə bilmədiyimiz üçün insanları xəbərdar edib, yaxınlaşan daşqınlar zamanı evakuasiya edə bilmədik. Çox heyif”.
Qeyd edək ki, ölkədə torpaq altında qaldığı düşünülən insanların axtarış-xilasetmə işləri davam edir.
Ayşən