Filippində daşqınlar nəticəsində 17 nəfər ölüb

Filippində daşqınlar nəticəsində 17 nəfər ölüb
DÜNYA
20:38 05.02.2024
198
Filippinin Mindanao adasında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 17 nəfər ölüb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bu barədə "ABS-CBN News” məlumat yayıb.

Qeyd edilib ki, təbii fəlakət nəticəsində 4 nəfər yaralanıb, 8 nəfər isə itkin düşüb.

Daşqınlar səbəbindən 400 minə yaxın yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb, 82 minə yaxın insan təxliyə mərkəzlərinə yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR