Filippində daşqınlar nəticəsində ölənlərin sayı 44-ə çatıb

Filippində daşqınlar nəticəsində ölənlərin sayı 44-ə çatıb
DÜNYA
13:16 30.12.2022
233
Filippində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 44-ə yüksələrkən, itkin düşən 28 nəfərin axtarışları davam edir.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Filippinin Misayas və Mindanao bölgələri başda olmaqla, ölkənin müxtəlif bölgələrində ötən həftə sonu təsirli olan şiddətli yağışların balansı getdikcə ağırlaşır.

Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasının (NDRRMC) verdiyi açıqlamada, yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayının 44-ə, ölənlərin sayının isə 28-ə yüksəldiyi bildirilib. Kəndlər, qəsəbələr və yollar su altında qalıb, 50 mindən çox insanın evlərini tərk etdiyi bildirilir. Yağışların fasilələrlə davam etdiyi bildirilib.

Daşqın fəlakətinin infrastruktura və kənd təsərrüfatı sahələrinə vurduğu ziyan 1,36 milyard peso (24,4 milyon dollar) həcmində qiymətləndirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR