Filippində Sakit okeanda "Rai" tayfunu nəticəsində azı 140 nəfər ölüb.
Bu barədə "Sinxua” agentliyi məlumat yayıb.
Daha əvvəl 108 nəfərin öldüyü bildirilirdi. Qasırğa Filippinin mərkəzi və cənub-şərq hissələrini əhatə edib.
Bir çox bölgələrdə tayfun elektrik enerjisinin kəsilməsinə və ciddi fəsadlara səbəb olub. Təbii fəlakətdən ən çox zərər çəkən Bohol əyalətində 73 nəfərin öldüyü, 10 nəfərin itkin düşdüyü bildirilir.
Ümumilikdə, "Rai” qasırğası 780 minə yaxın insana ziyan vurub, onlardan 330 mini təhlükəsiz ərazilərə köçürülüb.