Filippində torpaq sürüşməsi və daşqınlar nəticəsində ölənlərin sayı 67-yə çatıb

Filippində torpaq sürüşməsi və daşqınlar nəticəsində ölənlərin sayı 67-yə çatıb
DÜNYA
22:41 28.10.2022
364
Filippinin Mindanao adasında Nalji qasırğasının yaratdığı torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 67 nəfər ölüb.

Bu barədə "The Manila Bulletin" məlumat yayıb.

Bundan əvvəl 31 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, "Nalji” qasırğası Filippinin şimalına doğru irəliləyir. Təbii fəlakət bölgəsindən 5 min nəfər təxliyə edilib. Filippində hər il orta hesabla 20 tayfun və fırtına baş verir. Bu təbii hadisələr nəticəsində çoxlu sayda insan ölür, evlər, yollar və körpülər dağılır.
OXŞAR XƏBƏRLƏR