Filippində yanğın baş verib, 8 nəfər ölüb

Filippində yanğın baş verib, 8 nəfər ölüb
DÜNYA
19:46 27.02.2025
414
Filippinin Keson-Siti şəhərində üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə ölkənin Yanğından Mühafizə Bürosu (BFP) məlumat yayıb.

Hadisə nəticəsində biri uşaq olmaqla 8 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Yanğın səhər saat 11 radələrində başlayıb, yanğınsöndürənlər alovu 3 saatdan sonra söndürə biliblər.

Qeyd olunub ki, hadisə yerinə 24 yanğınsöndürən maşın və üç təcili tibbi yardım briqadası göndərilib.

Yanğın nəticəsində dəymiş zərərin 3,6 milyon Filippin pesosu (62 min dollar) olduğu bildirilib.
 

OXŞAR XƏBƏRLƏR