Bu ölkədə təhsil dayandırıldı - SƏBƏB

Bu ölkədə təhsil dayandırıldı - SƏBƏB
DÜNYA
12:59 03.03.2025
259
Filippinin bəzi şəhərlərində həddindən artıq istilər səbəbindən təhsil dayandırılıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Filippin Xəbər Agentliyinin (PNA) verdiyi məlumata görə, hava istiliyinin artması ilə əlaqədar paytaxt Manilada başda olmaqla məktəblərdə ehtiyat tədbirləri artırılıb.

Manila meri Honey Lacuna sosial mediada bildirib ki, Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurasının həddindən artıq istilərlə bağlı tövsiyəsi əsasında paytaxtdakı məktəblərin fəaliyyəti dayandırılıb.

Lacuna Manilada səhər saatlarında 36 ilə 38 dərəcə arasında dəyişən temperaturun günortadan sonra 42 dərəcəyə çatmasının gözlənildiyini qeyd edib.

Bildirilib ki, Las Pinas, Paranaque və Marikina şəhərlərində, eləcə də Manilada məktəblər müvəqqəti olaraq bağlanıb.

Digər tərəfdən Filippin Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada istilərin səbəb ola biləcəyi xəstəliklərlə bağlı xəbərdarlıq edilib.
 
Gülay


OXŞAR XƏBƏRLƏR