Fillə selfi çəkmək istədi, hücuma məruz qaldı

Fillə selfi çəkmək istədi, hücuma məruz qaldı
DÜNYA
14:29 13.08.2025
241
Hindistanın Karnataka əyalətində turist vəhşi fillə selfi çəkdirmək istəyərkən hücuma məruz qalıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə qadağan olunmuş ərazidə yerləşən təbiət qoruğunda baş verib.

Məlumata görə, R.Basavaraju adlı turist qoruğda qaydaları pozaraq filə yaxınlaşıb və selfi çəkdirmək istəyib.
 
Lakin yol kənarında fil ani parıltıdan narahat olub və turistə hücuma edib.
 
Ziyarətçilərin lentə aldığı kadrlarda filin qaçan turisti təqib etməsi, onu tutmaq üçün yolu keçməsi görünür. Hücum zamanı turistin şalvarı və alt paltarı cırılıb. Ağır yaralanan Basavaraju fil uzaqlaşdıqdan sonra təhlükəsiz yerə qaçmağı bacarıb.

Rəsmilər vəhşi təbiətin təhlükəsizliyi qaydalarını pozduğuna görə turisti 25.000 rupi (təxminən 400 manat) cərimələyib. Turist həm də hərəkətlərinin məlumatsızlıqdan qaynaqlandığını etiraf edərək üzrxahlıq videosu çəkməyə məcbur olub.
 
Qyed edək ki, Hindistan dünyadakı Asiya fillərinin təxminən 60 faizinə ev sahibliyi edir. Ölkədə ən azı 30 min vəhşi fil yaşayır.

Mikayıl
OXŞAR XƏBƏRLƏR