Fillərin hücumuna məruz qalan iki nəfərin öldüyü bildirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə "Hindustan Times” qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə Hindistanın Kerala əyalətində baş verib.
Mövzu ilə bağlı dövlət orqanlarından edilən şərhdə bir qrupun səhər saatlarında bal toplamaq üçün meşəyə getdiyi ifadə edilib.
Açıqlamada qrupun burada fillərin hücumuna məruz qaldığı, heyvanların altında qalan 2 nəfərin isə hadisə yerində öldüyü qeyd edilib.
Məlumatlara görə, 2020-2024-cü illər arasında Hindistanda 1701 nəfər fillər tərəfindən öldürülüb.
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) məlumatına görə, hər il təxminən yarım milyon ailə əkinlərinə basqın edən fillərdən təsirlənir.
Oksana