Netflix-in Havayda "Our Planet II” sənədli filminin çəkilişləri zamanı ekipajın yırtıcı köpəkbalığının hücumuna məruz qaldığı məlum olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Netflix-in "Our Planet II” sənədli filminin çəkilişləri zamanı ekipaj üzvləri "inanılmaz dərəcədə ac” köpəkbalığının hücumuna məruz qalıb.
"The İndependent” nəşri yazır ki, sənədli film qrupu Havay adalarının şimalında Sakit Okean sularında çəkiliş apararkən köpək balıqlarından çətinliklə xilas olub.
Köpək balıqları sonda komandanın qayığını dişləyərək deşiklər açıblar.
Xoşbəxtlikdən ekipaj qurudan təxminən 100 metr aralıda olub və qayıq tamamilə söndürülməmiş sahilə çata bilib.
Qeyd edək ki, David Attenborough tərəfindən nəql edilən 4 hissəli sənədli film iyunun 14-də Netflix-də yayımlanıb.
Mikayıl