Film çəkilişində qız üstə bıçaqlanma oldu

DÜNYA
19:40 30.07.2015
1488

Ədirnədə Səlim Gülgörən və Burçin Abdullahın baş rolda oynadığı "Bol şans" filminin çəkilişlərində dava düşüb.

AZXEBER.COM-un axşam.az-a istinadən məlumatına görə, filmin avtomobil yarışı səhnəsinin çəkilişi zamanı iki qrup arasında qız üstə mübahisə yaranıb. Çəkilişə tamaşa edənlər davanın ssenaridə olduğunu zənn edərək səssiz qalıblar.

Daha sonra gənclərin bir-birinə bıçaq çəkməsi ilə 3 nəfər yaralanıb. Polis hadisə yerinə gələrək 6 şübhəli şəxsi göz altına alıb.

Ortalıq sakitləşdikdən sonra çəkilişlər səhərə qədər davam edib.

OXŞAR XƏBƏRLƏR