Finlandiya Baş naziri partiya sədrliyindən istefa verib

Finlandiya Baş naziri partiya sədrliyindən istefa verib
DÜNYA
20:57 05.04.2023
198
Finlandiyanın Baş naziri Sanna Marin sosial-demokrat SDP-nin partiya lideri postundan istefa verib.

Bu barədə Sanna Marin bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Marinin sözlərinə görə, qərar Milli Koalisiya Partiyasından Petteri Orponun Baş nazir vəzifəsinə seçilməsi ilə bağlı deyil.

"Mən adi deputat kimi vəzifəmə davam edəcəyəm", - Sanna Marin qeyd edib.

O, rəhbərlik etdiyi partiya daxilində tənqid edilməsi ilə bağlı xəbəri inkar edib: "Partiya sədrinin vəzifəyə gəlib-getməsi normal sistemin tərkib hissəsidir", - o qeyd edib.

Qeyd edək ki, SDP Finlandiya seçkilərində Milli Koalisiya Partiyası və Həqiqi Finlər Partiyasından sonra üçüncü ən çox səs alan partiya olub.
 
///Apa
OXŞAR XƏBƏRLƏR