Finlandiya hakimiyyəti Trampa hücumu pisləyib

Finlandiya hakimiyyəti Trampa hücumu pisləyib
DÜNYA
13:59 14.07.2024
166
Finlandiya Prezidenti Aleksander Stubb və hökumət başçısı Petteri Orpo Donald Trampa hücumu pisləyiblər.

Stubb "X" səhifəsində hücumdan dəhşətə gəldiyini qeyd edib və istənilən siyasi zorakılıq aktını qətiyyətlə pisləyib.

Baş nazir Orpo da "X"də baş verənləri pisləyib və Trampın tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR