Finlandiya Prezidenti: Yeganə qalib Putin oldu

Finlandiya Prezidenti: Yeganə qalib Putin oldu
DÜNYA
18:58 01.03.2025
221
Ağ Evdə 28 fevral hadisələrinin yeganə qalibi Rusiya Prezidenti Vladimir Putin oldu.

Bunu Finlandiya Prezidenti Aleksander Stubb Donald Tramp və Volodimir Zelenski arasında açıq mübahisəyə çevrilən görüşü şərh edərkən deyib.

"Bu, diplomatik uğursuzluq idi və yekunda yalnız bir qalib oldu, o, heç orada deyildi. Bu, Vladimir Putindir”, - Stubb "Ykkösaamu” teleproqramında bildirib.

Stubb Ağ Evdə baş verənləri "kədərli” və "tarixi” adlandırıb.

"Bütün yetkin həyatım boyu beynəlxalq siyasət və diplomatiya ilə məşğul olmuşam və heç vaxt ictimaiyyət arasında belə bir şey görməmişəm. Bağlı qapılar arxasında hər cür müzakirələr aparılır, lakin cümə günü kameralar qarşısında baş verən hadisələr çox nadir görülənlərdəndir”, - o əlavə edib.

Stubbın sözlərinə görə, Finlandiya sülhə nail olmaq üçün ilkin plan hazırlayıb, bu plan üç mərhələdən ibarətdir və birinci mərhələyə Ukraynanın hərbi, siyasi və iqtisadi cəhətdən güclənməsi, eləcə də Rusiyaya maksimum təzyiq göstərilməsi daxildir.

"Ukrayna təhlükəsizlik məsələlərində aparıcı rol oynamalı, eyni zamanda Avropa və ABŞ-nin dəstəyi ilə hərəkət etməlidir”, - Stubb deyib.

O, danışıqların Pasxa bayramına qədər davam edəcəyini düşündüyünü, Avropanın bu prosesin uğurla həyata keçirilməsi üçün məsuliyyət daşımalı olduğunu vurğulayıb.
//report.az
OXŞAR XƏBƏRLƏR