Finlandiya Ukraynada xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra Rusiya ilə sərhəddə keçid məntəqələrini aça bilər.
Bunu iki ölkənin sərhədyanı rayonlarının problemləri üzrə mütəxəssis Roman Plyusnin "Radiotochka NSN” kanalına bildirib.
Ekspertin fikrincə, sərhəd-keçid məntəqələrinin bağlanması Finlandiya tərəfindən uzunmüddətli tədbirdir, əks halda məhdudiyyətlər tətbiq etməyin mənası olmazdı. "Xüsusi əməliyyat başa çatdıqda, dünyada hər şey dəyişəcək",-deyə o, əlavə edib.
Qeyd edək ki, Finlandiya Rusiyadan gələn qaçqın axınının kəskin artması səbəbindən 5 sərhəd-keçid məntəqəsini bağlayıb.