Finlandiya Rusiya ilə sərhədinə hasar çəkir

Finlandiya Rusiya ilə sərhədinə hasar çəkir
DÜNYA
14:54 07.07.2022
290
Finlandiya parlamenti Rusiya ilə sərhəddə hasar çəkməyə icazə verən qanun layihəsini təsdiqləyib.

AZXEBER.COM Reuters-a istinadən xəbər verir ki, qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.

Bundan əlavə, qanun hökumətə sərhəddə hasarların və ya digər maneələrin tikilməsi və ya bütün sığınacaq müraciətlərinin hava limanı kimi bir və ya bir neçə sərhəd məntəqəsinə yönləndirilməsi barədə qərar verməyə imkan verəcək.

Finlandiyanın Rusiya ilə sərhədi meşəlik ərazidən keçir və 1300 kilometrlik ərazisinin böyük hissəsi boyunca yalnız işarələr və plastik zolaqlarla işarələnib.
OXŞAR XƏBƏRLƏR